“Bu ləkə ilə yaşamaq istəmirəm” - Rəşad Sadıqov+Video
- 10-10-2017, 11:49
- 83 930
Sadıqov Şahin Diniyevin Azərbaycan millisində olduğu vaxtlarda ona qarşı çıxması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Deyirlər ki, Ukraynaya 0:6 uduzduğumuz oyunda soyunub-geyinmə otağında demişəm ki, böyük hesabla uduzmalıyıq. Bunu sübut edən biri var? Orada olan 18 futbolçudan biri çıxsın təsdiqləsin. Mən həmin yerdə olmayacam, adını bilməyəcəm, amma təsdiqləsinlər.
Adamın üzərinə ləkə yaxırlar. Belə ləkə ilə nəinki futbol oynamaq yaşamaq belə istəmirəm. Ən axrıncı variant kimi deyirdilər ki, ölkə bayrağına hörmətsizlik etmişəm. Kimin yanında etmişəm? Əgər mən etmişəmsə, digərləri qarşımı almayıbsa, deməli onlar da hörmətsizlik ediblər. Sonradan bunu bilənlər məni cəzalandırmayıbsa, onlar da hörmətsizlik ediblər. Danışılası çox şey var”.