Tofiq Heydərova daha bir zərbə
- 2-10-2017, 10:07
- 36 460
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov məhz dopinq qalmaqalına görə istefa verib. O, bu barədə sosial şəbəkədə status yazsa da, iş adamı sonradan qərarını dəyişərək paylaşımını silib.
“İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan başda olmaqla, bütün rəhbərlərə söz vermişdim. Onlara demişdim ki, bir daha komandamızda dopinq problemi olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı” deyən Tofiq Heydərovun bu dəfə hansı qərar verəcəyi maraqla gözlənilir.
Yenicag.az