"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

İdman

 "Neftçi" UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır.

Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.

Qarşılaşma "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq.

Xatırladaq ki, cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.