“Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib
- 18-10-2025, 15:15
- 1 070
Paytaxt klubu "Beşiktaş"ın sabiq üzvü Vinsent Abubakarla 1+1 illik razılıq əldə edib.
33 yaşlı hücumçu "ağ-qaralar"la rəsmi müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün artıq Bakıya gəlib.
Qeyd edək ki, son olaraq “Hatayspor”un formasını geyinən Kamerun millisinin üzvü “Valensiyen”, “Loryen”, “Porto”, “Əl-Nəsr” kimi klublarda da çıxış edib.