Bakıda “Qarabağ” izdihamı - Azarkeşlər bilet tapa bilmirlər
- 14-08-2017, 15:24
- 78 896
Azarkeşlər bilet almaq üçün səhər saatlarından növbə gözləyirlər. Bölgələrdən gələn “Qarabağ” fanatları çətinliklə üzləşdiklərin deyirlər.
“Kassalarda ancaq 1 və 50 manatlıq biletlər var. Digər biletlər “qara bazar”da satılır. Orada isə qiymətlər bahadır. İki gündür növbə gözləyirik, amma bilet ala bilmirik”,- deyə azarkeşlər şikayətləniblər.
Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlayacaq.