Gənc idmançı Ümid Mənsimovdan növbəti qələbə
- 19-02-2024, 14:24
- 566
Onu da qeyd edək ki, Mənsimov Ümid Ramin oğlu ötən ilin 22-24 sentyabr tarixlərində keçirilən Azərbaycan birinciliyində də uğur qazanmışdır. Bundan başqa ötən ilin 22-23 iyul tarixlərində XTQ idman mərkəzinin keçirdiyi yarışlarda birinci yer tutaraq, medal qazanmışdır. Ümid, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin tələbəsidir.
Beynəlxalq yarışlarda Azərbaycan Bayrağını uca zirvələrə qaldıracağını və dalğalandıracağını dilə gətirən Mənsimov Ümid Ramin oğlu, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğını bütün idmançıların hiss etdiyini bildirib. Ən böyük arzusu ölkə başçısı cənab İlham Əliyevin əllərindən boynuna medal asılmasını qeyd edən Ümid Mənsimov, bu amala çatacağına bütün qəlbi ilə inandığını dilə gətirib.