SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki polkovnikin şəhid olduğu gündən 1 il keçdi

İki polkovnikin şəhid olduğu gündən 1 il keçdi

Tarix:

10-07-2019, 10:38

/ 1 036 dəfə oxundu.
İki polkovnikin şəhid olduğu gündən 1 il keçdi

Gəncədə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan vəzifəli polislərin ölümündən bir il keçir.

Ötən il iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qansunsuz aksiya keçirməyə cəhd ediblər.

DİN və Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, aksiya iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Onlar iyulun 11-i Gəncədəki Şəhidlər Xiyabanında dəfn olunublar.

Qeyd edək ki, 2018-ci iyulun 3-ü Gəncənin sabiq icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalmışdı.

Şərhlər

XƏBƏR LENTİ