SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək

Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək

Tarix:

10-04-2019, 12:58

/ 832 dəfə oxundu.
Zakir Qaralov Ucarda sakinlərlə görüşəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il aprelin 19-da saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

XƏBƏR LENTİ