SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Birinci sinfə qəbul üçün 40 minə yaxın müraciət var

Birinci sinfə qəbul üçün 40 minə yaxın müraciət var

Tarix:

4-04-2019, 12:01

/ 793 dəfə oxundu.
Birinci sinfə qəbul üçün 40 minə yaxın müraciət var

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib Aprelin 4-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 36 289 sorğu yerləşdirilib.

Məlumata görə, onlardan 33 296-sı ümumi təhsil məktəblərini, 2 993-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 72 faizindən çoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Şərhlər

XƏBƏR LENTİ