SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabunçu xəstəxanasının rəhbərliyi- “tibbi ləvazimatları Səhiyyə Nazirliyindən pulla alırıq - Dövlət bizə pulsuz heç nə vermir”

Sabunçu xəstəxanasının rəhbərliyi- “tibbi ləvazimatları Səhiyyə Nazirliyindən pulla alırıq - Dövlət bizə pulsuz heç nə vermir”

Tarix:

29-08-2018, 10:21

/ 1 684 dəfə oxundu.
Sabunçu xəstəxanasının rəhbərliyi- “tibbi ləvazimatları Səhiyyə Nazirliyindən pulla alırıq - Dövlət bizə pulsuz heç nə vermir”

Ötən gün, axşam övladı divandan yıxılan ata səhəri günü uşağın qolunda şişkinlik olduğuna görə Sabunçu rayon 3 saylı xəstəxanasına aparıb.

Qarşılaşdığı problemi bildirən şikayətçi deyir:

“Oğlumu həkim müayinəsindən keçirmədən qeydiyyat yerində oturan bir xanım bizi rentgen müayinəsinə göndərdi. Balaca bir kağıza müayinədən sonra hansı həkimə yaxınlşamalı oldğumuz həkimin adını yazdı. Uzun növbədən sonra sıra bizə çatdı. Rentgen müyinəsindən keçəndən sonra plyonkanı götürəndə müayinəni aparan həkim “7 manat ödəyin” dedi. “Bura dövlət xəstəxanasıdır” deyə bildirəndə isə o, mənə əsəbiləşdi və “ay qardaş bütün ləvazimatları biz özümüz Səhiyyə Nazirliyindən pulu ilə alırıq. Nə dövlət xəstəxanası salmısınız? Ödəyin 7 manatı, cavabı götürüb gedin” deyə bildirdi”

Məlumatın dəqiqləşdirilməsi üçün əməkdaşımız xəstəxananın rəhbərliyinə müraciət edib və rəhbərlik Mer.Az-ın əməkdaşına bildirib:

“Xəstəxanada heç bir xidmət üçün ödəniş tələb olunmur. Amma başa düşmək lazımdır ki, hər bir xəstəyə lazım olan materialları biz Səhiyyə Nazirliyindən pulla alırıq. Dövlət bizə heç nəyi pulsuz vermir”

Qeyd edək ki, bu xəstəxana tez-tez rüşvət və ölüm hadisələri ilə gündəmə gəlir və ictimaiyyətin diqqətini cəlb edir.

Səhiyyə Nazirliyinin mövqeyini qeyd etmək üçün səylərimiz nəticəsiz qaldı.

Mer.Az

Şərhlər

XƏBƏR LENTİ