"Mənim oğlumun biznesi də var, restoranı da" - Qurban Yetirmişli DANMADI
Jurnalist Cavanşir Həsənli Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin ailə üzvlərinin xaricdə biznesinin olduğuna dair məlumat paylaşıb.
Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Qurban Yetirmişli oğlunun və qızının biznesinin olduğunu etiraf edib:
"Volkswagen” mənim yoldaşımındı, "Audi” şirkəti mənimdi, "Mercedes” şirkəti qızımındı (gülür). Boş-boş xəbərlərdir. Daha nə şirkəti qaldı orda? Birincisi lap açılsa da, bu qəbahət deyil. İkincisi də elə bir şirkət yoxdur. Mənim qızım ailəsi ilə birlikdə xaricdə yaşayır. Kürəkənimin orada biznesi var. Mənim oğlumun neçə illərdir restoranı və turizm biznesi var."
"Övladlarımın ikisi də tarixçidir. Şəhərin 90%-i binaların altı restorandı. "Şah” restoranı oğlumundur. Restoranda Azərbaycanın qədim dövlətçilik tarixi, xəritələr, şahın şəkilləri və s. yerləşdirilib. Mənim oğlumun 41 yaşı var. Dünənki uşaq deyil. Nə etməlidir, evdə oturub barmağını sormalıdır? Məndən də bacarıqlıdı. Uzun müddet "Çto? Qde? Koqda?-da iştirak edib. Atəşgahın prezidenti olub, xaricdə Azərbaycanı təmsil edən tələbələri olub. Oğlumun restoranı da var, turizm şirkətləri də. Bu qəbahət deyil”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək