SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şabranda evləri yanan Ağasiyevlərin problemi nə vaxt HƏLLİNİ TAPACAQ? - GİLEY

Şabranda evləri yanan Ağasiyevlərin problemi nə vaxt HƏLLİNİ TAPACAQ? - GİLEY

Tarix:

5-12-2023, 11:18

/ 192 dəfə oxundu.
Şabranda evləri yanan Ağasiyevlərin problemi nə vaxt HƏLLİNİ TAPACAQ? - GİLEY

Şabranın Dağbilici kəndinin 74 yaşlı sakinləri Bayram və Rəna Ağasiyevlər yanan evlərinin müqabilində onlar üçün yeni ev tikilməsini səbrsizliklə gözləyirlər.

Bu barədə Rəna Ağasiyeva Bizim.Media-ya məlumat verib. O, bildirib ki, 2022-ci il avqust ayının 15-də Dağbilici kəndindəki fərdi evi, əmlakı və mal-qarası yanıb, o vaxtdan evsiz qalıblar.

Şikayətçi bildirir ki, bir müddət Şabran şəhərində 1-ci Qarabağ veteranı olan oğlu Zaurun 2 otaqlı evində qalıblar. Daha sonra ağır xəstəlik keçirməsi səbəbindən və ona qulluq edən şəxs olmadığından yaxın qohumlarının evində yaşamağa məcbur olub.

40 ildən artıq Dağbilici kəndində "Xınayaxdı" folklor kollektivini yaşatdıqlarını deyən Rəna Ağasiyeva onlara qarşı laqeydlikdən narahatdır:

"Evimiz tam yanıb, bizə 100 min manata yaxın ziyan dəyib. Bütün əmlakımızı, malımızı, folklor kollektivinə aid arxivimizi yanğında itirmişik. Yeni ev tikiləcəyi barədə bizə dəqiq söz deyən yoxdur. Şabran rayon İcra Hakimiyyətində isə müraciətlərimizə baxılmır”

74 yaşlı Bayram Ağasiyev də bildirir ki, Şabran İH-nin başçısının qəbuluna düşə bilmədiyindən məcbur olub qonşu Siyəzən İH başçısının qəbuluna gedib. Siyəzənin icra başçısı Novruz Novruzov məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb. Məlum olub ki, onlara yeni evin tikilməsi üçün rayondan göndərilən rəsmi məktuba baxılıb və sənədlər Nazirlər Kabinetinin tikinti şöbəsinə təqdim edilib.

İndi Bayram Ağasiyevin yeni evlərinin nə vaxt tikiləcəyi maraqlandırır. Şabran İH-dən onlara konkret bir söz deyilmir.

Ağasiyevlərin şikayəti ilə bağlı Şabran rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istədik. Şabran İH-nin başçısının 1-ci müavini Hüseyn İslamov əvvəllər olduğu kimi, yenə də zənglərimizi cavabsız qoydu.

Mövzunu diqqətdə saxlayacağıq.

Şabranda evləri yanan Ağasiyevlərin problemi nə vaxt HƏLLİNİ TAPACAQ?

Şərhlər

XƏBƏR LENTİ