SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Biz, qalib ölkənin qalib vətəndaşlarıyıq- Qht sədri

Biz, qalib ölkənin qalib vətəndaşlarıyıq- Qht sədri

Tarix:

15-10-2023, 20:43

/ 120 dəfə oxundu.
Biz, qalib ölkənin qalib vətəndaşlarıyıq- Qht sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.

Bu gün Azərbaycan Respublikası həm də vətəndaş cəmiyyətinin güclü olduğu ölkədir, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün ötən onilliklər ərzində zəngin qanunvericilik bazası, əlverişli mühit formalaşıb, bu sektorun inkişafı üçün mühüm qərarlar qəbul olunub.

Prezident İlham Əliyevin QHT-ləri dövlət proqramlarında və milli fəaliyyət planlarında əsas tərəfdaşlar kimi görməsi vətəndaş cəmiyyəti təsisatlarına olan etimadın növbəti nümunəsidir. Bu strateji inklüzivlik QHT-lərin rolunu gücləndirməklə yanaşı, onların bacarıqlarına olan ictimai inamı da artırdı. QHT-lərin dövlət qurumları ilə kommunikasiyaları gücləndi və müxtəlif sahələrdə siyasətin işlənib hazırlanmasına töhfə vermək imkanları genişləndi.

2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi.

Regional proseslərə istiqamət vermək qabiliyyətindədir. Şuşa-Xankəndi yolundakı aksiya bunun bariz nümunələrindən biridir.

Artıq Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir.

2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Prezident İlham Əliyev Azərbaycan xalqını və cəmiyyətini arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətlərə imza atılıb.

Etibar Məmmədov 
Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri

Şərhlər

XƏBƏR LENTİ