İnsanlığın utanc yeri: Ballıqaya qətliamından 30 il ötür-QHT sədri
Ermənilərin 20-ci əsrin sonlarında reallaşdırdığı soyqırımı siyasəti əvvəlcə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başladı. Ardınca bəşər tarixinə əsrin faciəsi kimi yazılan 26 fevral Xocalı soyqırımı törədildi.
Müharibənin öz qanunları var, amma bunun adı müharibə deyildi, bu açıqca insanlığa qarşı amansızlıq idi, kin idi, nifrət idi. İnsanlığa sığmayan bu dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Laçınlılara qarşı törədilən 28 avqust Ballıqaya faciəsi.
İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirildi. Həmin qanlı gecədə 90 yaşlı qadın da, 6 aylıq körpədə amansızcasına öldürüldü. Onların tək bir günahı vardı, azərbaycanlı olmaq...
Azərbaycanlı olduqları üçün, müdafiəsiz insanların ölüm fərmanları verilmişdi.
Etibar Məmmədov
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək