SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın iqtisadi uğurları genişlənməkdədir

Azərbaycanın iqtisadi uğurları genişlənməkdədir

Tarix:

25-11-2023, 16:40

/ 711 dəfə oxundu.
Azərbaycanın iqtisadi uğurları genişlənməkdədir

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın noyabrın 24-də Bakıda keçirilən Zirvə toplantısı olduqca böyük əhəmiyyət daşıyır. Belə bir önəmli tədbirə Azərbaycanın sədrlik və ev sahibliyi etməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır.
Azərbaycanın hər zaman beynəlxalq platformalarda fəallıq göstərməsi və iqtisadi imkanları ilə önə çıxması qarşıya qoyulan əsas hədəflərdəndir. Son illər Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Ölkəmiz öz iqtisadi potensialı ilə dünyanın böyük diqqət mərkəzindədir. Hazırda dünyada baş verən təhlükəli proseslər, qanlı toqquşmalar və iqtisadi geriləmələr fonunda sabitliyin və sülhün hökm sürdüyü ölkələr öz iqtisadiyyatlarını dayanıqlı inkişaf etdirə bilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri də bu baxımdan böyük uğurlar əldə edir. Bu gün Bakıda keçirilən iqtisadi forum iştirakçı ölkələrin siyasi və iqtisadi maraqlarının təmin edilməsinə ciddi töhfələr verəcək.
Azərbaycan qətiyyətli, eyni zamanda etibarlı siyasi kursu ilə hər zaman bir addım öndə olub və hərəkətverici qüvvə rolunu oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, onun dünya miqyasında nüfuzu, dövlət başçımıza bəslənən dərin hörmət və etibar imkan verir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli böyük layihələr həyata keçirsin. Azərbaycanın yaratdığı nəqliyyat kommunikasiya habı, yüksək səviyyəli logistika imkanları, tranzit şəbəkəsi bölgə ölkələrinin də iqtisadiyyatına əvəzsiz töhfə verir. Bu imkanlar gələcəkdə qarşılıqlı ticari əlaqələrin, idxal-ixrac əməliyyatlarının daha üst səviyyəyə çıxmasına şərait yaradır.
Ölkə başçısı Zirvə görüşündəki çıxışında BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını bildirdi və qeyd etdi ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib və Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.
Bildirilib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.  Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcunu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

Şərhlər

XƏBƏR LENTİ