Maaşlar yenə azaldı: “Sinxron” dəyişikliyin səbəbi nədir? – Ekspertdən açıqlama
Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 919 manat 80 qəpik olub.
Yeniavaz.com bu gün açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-avqust) müqayisədə 3 manat 20 qəpik azalıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda ilin əvvəlində orta aylıq əmək haqqı artmağa başlayır, sonra azalmağa. İlin sonunda isə yenidən artmağa başlayır. Bu tendensiya son illər dəyişməz olaraq qalır.
Son 3 ildə ölkədə aylar üzrə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqılama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, orta aylıq əmək haqqının bu şəkildə dəyişməsi yaşa görə əmək pensiyasının indeksləşdirilməsi ilə bağlı ola bilər:
“Bildiyimiz kimi, Azərbaycanda əmək pensiyaları əmək haqqının artım tempinə uyğun indeksləşdirilir. İlin sonunda əmək haqqı nə qədər artsa, pensiyalar da o qədər artırılır. Belə görünür ki, pensiyaları nə qədər artırmaq lazım olduğunu əvvəlcədən planlayırlar və ilin sonunda rəqəmlər üst-üstə düşsün deyə əmək haqqını süni şəkildə azaldıb-artırırlar. Əks halda, əmək haqqında bu cür “sinxron” dəyişikliyin olması ehtimalı azdır”. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...