DİN tədbir görməlidir: POLKOVNİK-LEYTENANT "TEXNİKİ BAXIŞ BİRKASI"NI SATIR...
- 12-07-2017, 13:27
- 130 365
"Texniki baxış birkası"nın "satış" məntəqəsi tək bayırda toplaşan qeyri-rəsmi şəxslərlə yekunlaşmır. Belə ki, əsas alver müayinə mərkəzinin rəis müavini polkovnik-leytenant Elşən Vəliyevin otağında aparılır.
Məlumatlı şəxsin sözlərinə görə, avtomobillərin özü deyil, texniki pasportu gətirilməklə, Vəliyevin "rüşvət kassası"na deyilən məbləğ verilməklə baş tutur. Vəliyevin otağında baş verən həmin alver bir sürücü tərəfindən həvəskar çəkilişlə qeydə alınıb və saytımıza yollanılıb. Sadəcə olaraq həmin video çəkilişin efirə yararlılığı üçün texniki hazırlıqlar aparılması məqsədi ilə rüşvət alındığı əks olunan video görüntülər növbəti yazımızda yerləşdiriləcəkdir. Həmin video görüntüdən çıxarılmış 2 foto kadrı aşağıda yerləşdirmişik.
Şəkillərdən her ikisinde de E.Vəliyev aldığı rüşvəti əlindı tutub. Bu da Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Hacımurad Abdullayevin və Mübariz Şahbazovun rəhbərlik etdiyi sahədə baş verən növbəti bir "çepe". Buyurun tədbir görün. Burada dəqiqləşdirəcək bir məsələ olmaması səbəbindən DİN-lə məsələni dəqiqləşdirmədim. Çünki dəqiqləşdiriləcək bir şey yoxdur. Hər şey ortadadir. Adam xidməti otağında rüşvət alır və cəzalandırılmalıdır...Hələlik video görüntüləri yayımlamırıqsa bu da tərəfimizdən DİN-ə bir jest olaraq qəbul edilməlidir. Çünki bir polis polkovnikinin rəzalətli video görüntüləri həmin quruma baş ucalığı gətirməz!
Mövzuya qayıdacağıq...
(E.Vaqifoğlu bu barədə öz sosial səhifəsində qeyd edib.)