SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın mənafelərinə uyğun gələn üçtərəfli Bəyanat

Azərbaycanın mənafelərinə uyğun gələn üçtərəfli Bəyanat

Tarix:

5-11-2023, 14:53

/ 211 dəfə oxundu.
Azərbaycanın mənafelərinə uyğun gələn üçtərəfli Bəyanat

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  27 sentyabr 2020-ci il tarixində Azərbaycan ordusunun mövqelərini  növbəti dəfə  intensiv atəşə tutan Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusuna bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına  başlaması barədə əmr  verdi. Bu döyüşlərdə Azərbaycan ordusu böyük əzmkarlıq və qəhramanlıq göstərərək az bir müddətdə böyük irəliləyişlər əldə etdilər. Şanlı tariximizə “44 günlük müharibə” kimi düşən Vətən Müharibəsinin hər günü yeni ərazilərimizin işğaldan azad olunması, düşmənin böyük itkilər verərək geri çəkilməsi ilə müşahidə olundu.
  Azərbaycan ordusu bir birinin ardınca rayon və kəndlərimizi düşmən işğalından azad edir və düşmənə sarsıdıcı zərbə vururdu. 8 noyabr 2020- ci ildə  Şuşanın işğalçılardan azad edilməsi düşməni çıxılmaz vəziyyətdə qoydu. Və Rusiya, Azərbaycan, Ermənistanın iştirakı ilə  10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat  imzalandı.  Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabrnda son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini  tarixi Qələbə ilə başa vurdu. Azərbaycan ordusu qanı və canı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi darmadağın etdi. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi.10 noyabr  bəyənatın imzalanması ilə münaqişənin hərbi mərhələsi sona çatdı. Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər, Laçın qan tökülmədən öz əsl sahiblərinə qaytarıldı. Üçtərəfli Bəyanat  Azərbaycan Respublikasının bütün maraqlarını təmin edir.
  Bu gün artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması prosesi uğurla davam etdirilir.  2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olundu və 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa etdi.
 Azərbaycan xalqı 44 günlük müharibədə böyük birlik və həmrəylik nümayiş etdirərək, öz Ordusunun və Ali baş Komandanının ətrafında six birləşərək bütün dünyaya Azərbaycan xalqının əzmini və gücünü nümayiş etdirdi.Bu müharibədə düşmən ordusu darmadağın edildi.Azərbaycan döyüş meydanında qazandığı böyük qələbəni siyasi müstəviyə də daşıya bildi.  44 günlük  “Vətən Müharibəsi ”Azərbaycan tarixinə  ən şanlı səhifə kimi yazıldı.
                                                             
Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ