Laçında “Bayraq yürüşü” keçiriləcək
Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirəcək.
2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir.
Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Elm və Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi “Bayraq yürüşü” təşkil edir.
Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...