SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AZMİU-da film təqdimat mərasimi keçirilib

AZMİU-da film təqdimat mərasimi keçirilib

Tarix:

29-10-2023, 22:59

/ 98 dəfə oxundu.
AZMİU-da film təqdimat mərasimi keçirilib

 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi tərəfindən həyata keçirilən “Şuşa: Türkün zirvəsi” sənədli filminin Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimat mərasimi keçirilib. 

Təqdimatda AzMiU THİK-in sədri Şahmar Rəfili çıxış edərək bildirib ki, universitetdə bütün şəhidlərin adına mütəmadi tədbirlər keçirilir, hər birinin əziz xatirəsi AzMİU rəhbərliyi tərəfindən uca tutulur və keçdikləri həyat yolu gənclərimizə örnək göstərilir. THİK-in sədri əlavə edib ki, universitet şəhidlərinin şərəfinə AzMİU-da şəhidlər guşəsi yaradılıb və guşədə onlar haqqında məlumatlar həkk olunub.   

Sonra layihə rəhbəri Şahməmməd Soltanov və filmin redaktoru Büllur Məmmədova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, “Şuşa: Türkün zirvəsi” sənədli filmi azərbaycan və özbək dilində çəkilib. 1 sentyabr - 31 oktyabr 2023-cü il tarixlərini əhatə edən layihə 2 (iki) ay müddətində icra olunacaq. Sənədli filmin hər iki dildə olan müddəti 21 dəqiqə 57 saniyədir.

Sənədli filmdə Şuşa şəhərinin yaranması, mədəniyyət və təhsil mərkəzi kimi formalaşması, XIX əsrdə baş vermiş müxtəlif siyasi kataklizmlərin Şuşaya təsiri, XX əsrin müxtəlif tarixi dövrlərində Şuşanın ermənilər tərəfindən hücumlara və şəhərdə dinc əhalinin qırğınlara məruz qalması, XX əsrin sonlarında Şuşanın işğalı, şəhərdəki tarixi-dini abidələrin dağıdılması, həmçinin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi barədə ətraflı məlumat verilir.

Həmçinin “Şuşa: Türkün zirvəsi” sənədli filmində Şuşa şəhərinin Türk dünyasının ayrılmaz parçası olduğu, Şuşanın görkəmli şəxsiyyətlərinin Türk dünyasının bütövləşməsi uğrunda yorulmaz fəaliyyəti konkret tarixi faktlarla göstərilir. 

Filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün Özbəkistan tərəfindən hər zaman və bütün formatlarda pisləndiyi, Azərbaycanın ədalətli mövqeyini və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsini dəstəklədiyi, işğaldan azad edilmiş Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərində Azərbaycana qardaş köməyi göstərdiyi xüsusi vurğulanır. 

Şərhlər

XƏBƏR LENTİ