Bu şəxslər üçün sərhədlərdən keçmək üçün güzəşt olunsun
"Xəstə və tələbələr üçün sərhədlərdə gediş-gəlişin imtiyazlı səviyyəyə gətirilməsi vacibdir".
Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, yüzlərlə xəstə müalicə üçün ölkədən çıxa bilmir: “Fəxr edirik ki, bu qədər sayda insan ölkədə qalıb yerli xəstəxanalara müraciət edir, amma sağalmır. Yaxud da tələbə xaricə oxumağa gedir, sonradan Vətənə qayıda bilmir ki, pulu yoxdur. Çünki təyyarə ilə qayıtmalıdır, amma qiymətlər bahadır”.
"Naxçıvan Mustar Respublikasında demək olar ki, heç bir zavod-fabrik fəaliyyət göstərmir, bölgədə işsizlik sürətlə artır. Muxtar respublikanın əhalisi əsasən Bakı və İstanbulda məskunlaşıb. İşsiz əhalidən təbii qaz və elektrik enerjisinin haqqı Bakı ilə eyni səviyyədə tələb edilir. Bunu mütləq azaltmaq lazımdır. İran ərasizi ilə ora yol hələ ki, açılmayıb. Təyyarə qiymətləri yenə də bahadır", - deyə deputat vurğulayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək