Sərhəddə sakitlikdir: AB “missiya"nı niyə gücləndirir?
Azərbaycan Ordusunun Qarabağda 19020 sentyabrda həyata keçirdiyi 23 saat 43 dəqiqəlik anti-terror tədbirlərindən bu yana Ermənistanla sərhəddə sakitlikdir.
Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O, xüsusi olaraq vurğulayıb ki, təxminən ay yarımdır sərhəddə ciddi insident yaşanmayıb:
“Buna baxmayaraq, Avropa Birliyi Ermənistanda müşahidəçi missiyasının fəaliyyyətini genişləndirməsə, müşahidəçilərin sayını atırmağa qərar verib. Sərhəddə sakitlik bərqərar olubsa, Avropa missiyasının Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə müşahidə missiyasının gücləndirilməsinin məqsədi nədir?
Belə aydın olur ki, missiyanın gücləndirilməsinin sərhəddəki durumla əlaqəsi yoxdur, çünki Azərbaycan Ordusunun Ermənistana hücum etmək planı yoxdur, bunu Brüssel də bilir. AB sadəcə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bölgədəki missiyasını gücləndirib. Kremlin versiyasına görə, AB müşahidə missiyasının əsas məqsədi Rusiyanın Ermənistandakı hərbi bazası barədə kəşfiyyat məlumatı toplamaqdır”.
Politoloq qeyd edib ki, bütün bunların bizə heç bir aidiyyəti yoxdur, problem Ermənistanındır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək