XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Örüş sahəsində insan qalıqları TAPILDI

Örüş sahəsində insan qalıqları TAPILDI

Örüş sahəsində insan qalıqları TAPILDI
24-10-2023, 17:30

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklər, həmçinin paltar qalıqları aşkar edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.