SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İki iri aqrobiznes bir şəxsə həvalə edilir – TƏYİNAT

İki iri aqrobiznes bir şəxsə həvalə edilir – TƏYİNAT

Tarix:

24-10-2023, 11:07

/ 299 dəfə oxundu.
İki iri aqrobiznes bir şəxsə həvalə edilir – TƏYİNAT

Azərbaycanın şimal bölgəsində fəaliyyətdə olan “Yalama Aqropark”a və “Xaçmaz Aqropark”a yeni rəhbər təyin edilib. Şirkətin rəhbərliyi bir şəxsə həvalə edilib.

Rauf Mailov Afik oğlu “Yalama Aqropark” MMC-nin və “Xaçmaz Aqropark” MMC-nin baş icraçı direktoru təyin edilib.

Bu zamana qədər şirkətlərə müvafiq olaraq Sərdar Hacıyev Fəxrəddin oğlu və Mirrəhman Ağazadə İsa oğlu rəhbərlik edirdi.

Hər iki aqropark ölkənin ağartı məhsulları istehsalçısı “Milla Dairy” MMC-nin (əvvəlki adı “AZ FP CO LTD” MMC) strukturundadır.

Rauf Mailov 2023-cü ilin oktyabrından “Milla Dairy”da işə başlayıb. Hazırda o, şirkətin aqrobiznes qoluna rəhbərlik edir. Bundan öncə isə “Josera GmbH & Co.KG”nin regional direktoru idi.

“Yalama Aqropark”ın 27.2 milyon manat nizamnamə kapitalı var, Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. Aqropark daxilində cins heyvandarlıq kompleksi, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatları var.

“Xaçmaz Aqropark”ın 6.7 mln. manat nizamnamə kapitalı var, əsas fəaliyyət istiqamətləri iribuynuzlu heyvandarlıq (südlük və ətlik) və əkinçilikdir. Müəssisədə məqsəd yüksək süd və ət məhsuldarlığı olan “Holstein friz” və “Simmental” cins heyvanlar bəsləməkdir.(Banker.az)

Şərhlər

XƏBƏR LENTİ