SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qubadlıların yaddaşına qızıl hərflərlə həkk olunmuş hadisə

Qubadlıların yaddaşına qızıl hərflərlə həkk olunmuş hadisə

Tarix:

23-10-2023, 09:50

/ 140 dəfə oxundu.
Qubadlıların yaddaşına qızıl hərflərlə həkk olunmuş hadisə

 
1993-cü ilin avqustunda erməni işğalçıları tərəfindən Qubadlı rayonunun işğalı nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı.
Vətən müharıbəsi günlərində Azərbaycan ordusunun hücum əməliyyatları zamanı 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlının azad edilməsı müharibənin gedişatında çox mühüm hadisə oldu. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açıldı və qısa müddətdə Laçının cənub hissəsində yerləşən ərazilər də azad edildi. Beləliklə də Laçın dəhlizi bizim nəzarətimizə keçdi və bu, müharibənin taleyinin həll edilməsi demək idi.
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Ermənilər şəhərdə güclü istehkamlar qurmuş, yüksəkliklərdə yerləşmişdilər. Qubadlını azad etmək üçün, ilk olaraq yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Belə çətin şəraitdə həyata keçirilən Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və qəhrəmanlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı və qəhrəmanlığı göstərərək əvvəlcə şəhərə nəzarət edən yüksəklikləri azad etdi, sonra isə ətrafdakı kəndlər, Xanlıq qəsəbəsi və nəhayət, Qubadlı şəhəri düşməndən təmizləndi. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla Xanlıq qəsəbəsində yerləşdirilmişdilər ki, bu da ermənilərin hərbi cinayətlərindən biri idi. Çünki Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş sayılır.
Nəhayət ki, Şanlı Qələbədən sonra 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. 2021-ci il oktyabrın 25-də isə  Qubadlı şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonuna ilk səfərə gəldilər və ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.  
Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində çox önəmli hadisə olmaqla yanaşı, böyük Qələbəmizi daha da yaxınlaşdırdı. Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə xalqımız şəhidlər verdi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilərək Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15189 hərbi qulluqçumuz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə bu medalla təltif edildilər. 
Artıq Qubalının bərpası işləri sürətlə həyata keçirilir. Bu işlərin  gedişatı ölkəmizin müxtəlif güşələrində məcburi köçkün həyatı yaşayan qubadlıların döğma yurd-yuvalarına qayıdışına kömək edəcəkdir.  
Eyni zamanda bu il qubadlılar ilk dəfə böyük sevinc və fərəhlə oktyabrın 25-ini “Qubadlı Şəhər Günü” kimi qeyd edəcəklər. Ölkə başçısının bu əlamətdr tarixlə bağlı imzaladığı sərəncamı Qubadlı sakinlərinin böyük sevincinə səbəb olmuşdur.
 
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 
 

Şərhlər

XƏBƏR LENTİ