XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Qubadlı RİH Sumqayıtda 138 minlik yaşıllaşdırma işi görür? - BU NƏDİ BELƏ?!

Qubadlı RİH Sumqayıtda 138 minlik yaşıllaşdırma işi görür? - BU NƏDİ BELƏ?!

Qubadlı RİH Sumqayıtda 138 minlik yaşıllaşdırma işi görür? - BU NƏDİ BELƏ?!
20-10-2023, 12:57

Qubadlı Rayon İcra Hakimiyyətinin keçidriyi tender müsabiqəsinin qalibi “Construction Group Of Pearl” MMC olub.
Xalqxeber.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Qubadlı RİH yaşıllaşdırma işlərinə görə “Construction Group Of Pearl” MMC-yə 138 min 473 manat ödəyəcək.
Xatırladaq ki, Qubadlı şəhəri 25 oktyabr 2020-ci ildə işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev tvitter sosial şəbəkəsində (indi “X”) ilk dəfə açıqlama vermişdi. Daha sonra rayonun kəndləri işğalçılardan azad edildi.
Qubadlı RİH-nin rəsmi internet saytında da qeyd edildiyi kimi, hazırda RİH-nin ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşir.
Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma üçün aldığı ağac və güllərin siyahısını təqdim edirik:

Qubadlı RİH Sumqayıtda 138 minlik yaşıllaşdırma işi görür?

Nizamnamə kapitalı 20 manat olan “Construction Group Of Pearl” MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış Massivi, ev 19-cu küçə, döngə 2, ev 24-də yerləşir. Şirkətin qanuni təmsilçisi Babayev Ramin Ramiz oğludur.

P.S. Görünür, başçı rayonun azad olunduğunu, orda böyük quruculuq işləri planlanıldığını hələ bilmir...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.