27 sentyabr 2020 -ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. Artıq 30 ilə yaxın bir dövrdə erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün müzəffər ordumuz əkshücüm əməliyyatına başladı və kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız bir –birinin ardınca düşmən tapadağından azad olundu. 17 oktyabr 2020 -ci il tarixi Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazıldı. Düşmənin ən çox müdafiə olunduğu, ən güclü istehkamlar qurduğu Füzuli rayonunun azad olunması İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun ən əhəmiyyətli və qanlı döyüşlərindən biri oldu və növbəti qələbələrə yol açdı. Şanlı ordumuzun qəhrəmanlığı və Ali baş Komandanın qətiyyəti Azərbaycan xalqına növbəti bir qələbəni yaşatdı. Azərbaycan ordusu şəhidlər verərək, qan tokərək, qəhrəmanlıq göstərərək düşməni müqəddəs torpaqlarımızdan təmizlədi. Bu tarix bütün Azərbaycan xalqının və xüsusilədə 30 ilə yaxındır oz ata -baba yurdundan didərgin düşmüş on minlərlə füzulilinin həyatında dönüş günü oldu.
Artıq Böyük Qələbədən 3 il ötür. Bu müddət ərzində işğaldan azad olmuş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə başlanılıb və 30 il öz yurd-yuvasından məcburi köçkün düşmüş sakinlərin mərhələli şəkildə qaydışına başlanılıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 17-si “Füzuli Günü” kimi qeyd olunacaq. Bu bayram günü münasibətilə Füzuli şəhərində yeni tikilmiş müasir yaşayış kompleksində yaşayan sakinlərlə və rayon ictimaiyyəti ilə görüşə gəlmiş Prezident İlham Əliyev çıxışında bir sira məqamlara toxunaraq bunları qeyd etmişdir. “Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var.”
Könül Əfəndiyeva – YAP üzvü