SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gözəl diyarımız olan Zəngilan rayonunun azad edilməsindən 3 il ötür

Gözəl diyarımız olan Zəngilan rayonunun azad edilməsindən 3 il ötür

Tarix:

17-10-2023, 13:05

/ 284 dəfə oxundu.
Gözəl diyarımız olan Zəngilan rayonunun  azad edilməsindən 3 il ötür

 
Zəngilan çox bərəkətli torpağa malik olan bir diyardır, gözəl meşələri, təbii sərvətləri, filiz yataqları, çayları və təbii çinar meşələri - saymaqla qurtaran deyil. Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşdı və ərazisi dəqiq müəyyən olundu. 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur.
1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və 1993-cü ilin 30 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdılar. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv etmişdi.
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Mənfur düşmən Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılmışdı.
Dövlət başçısının “Dəmir Yumruğu” təkcə xəyanətkar Ermənistanın mənfur rəhbərlərini deyil, həm də onların mənfur havdarlarının arzularını darmadağın etdi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edildi. 
Azərbaycan əsgərinin rəşadətli, sücaətli, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil oldu. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun işğaldan qurtarıb.  
Prezident İlham Əliyevin səsləndirdiyi tarixi fikirlər bir daha hər bir azərbaycanlıda qürur hissi yaratdı: Cənab Prezident bildirmişdir ki, "Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.
Dövlət başçısının dediyi kimi, dağı­dılmış bu abidələr, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək öz əvvəki görkəminə qaytarılacaq.
Bu gün bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi davam edir və əlavə 150 ev inşa edilib. Bu tikililər ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərdir. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci  ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunmuş hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradıb. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Tikintisi davam edən Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. 
Ağdamda, Zəngilanda, Füzulidə, Laçında, Kəlbəcərdə, Cəbrayılda - ümumən işğaldan azad edilmiş rayonların timsalında işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir.
Zəngəzur rayonunda artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. 
                                                                           
 
Aynur Xəlilova –YAP üzvü
 

Şərhlər

XƏBƏR LENTİ