SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Naxçıvanda sahibkarlar AÇIQ HƏDƏFDƏ... - MƏMUR ÖZBAŞINALIĞI...

Naxçıvanda sahibkarlar AÇIQ HƏDƏFDƏ... - MƏMUR ÖZBAŞINALIĞI...

Tarix:

14-10-2023, 10:06

/ 538 dəfə oxundu.
Naxçıvanda sahibkarlar AÇIQ HƏDƏFDƏ... - MƏMUR ÖZBAŞINALIĞI...

Naxçıvanda fəaliyyət göstərən iş adamı Məmmədov Əmir Əli oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə açıq məktubla müraciət edib. Azinforum.az həmin məktubun mətnini olduğu kimi təqdim edir:

“Bildirirəm ki, 23.07.2010-cu il tarixli 02 saylı alqı-satqı müqaviləsinə əsasən, Culfa ş., Elşad Nağıyev küç. 26 ünvanında yerləşən “Əlincə” kinoteatrını qanunvericiliyin tələblərinə uyğun şəkildə əldə etmişik. 08.12.2021-ci il tarixli, 640 saylı torpaq sahəsinin icarə müqaviləsi əsasında, NMR İqtisadiyyat Nazirliyinin eyni tarixli 685 saylı əmri ilə, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 1036,05 kv. m. torpaq sahəsini bizə icarəyə vermişlər. Daha sonra İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 28.06.2022-ci il tarixli layihəyə uyğun müvafiq sənədlər toplanmış, onlara icra hakimiyyəti tərəfindən hüquqi qiymət verilmiş, nəticədə 15.08.2022-ci il tarixli, 63 saylı sərəncamla tikintiyə (rekonstruksiya işlərinə) icazə verilmiş və 26.01.2023-cü il tarixli 19 saylı sərəncamla tikinti istismara qəbul olunmuşdur. Eyni zamanda bildirirəm ki, Culfa ş., 1-ci məhəllə, 11/11 ünvanında yerləşən ərazidə otel tikmək məqsədi ilə, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 01.02.2023-cü il tarixli layihəyə uyğun müvafiq sənədlər toplanmış, onlara İcra Hakimiyyəti tərəfindən hüquqi qiymət verilmiş və nəticədə 01.02.2023-cü il tarixli, 22 saylı sərəncamla tikintiyə icazə verilmişdir.

Eyni zamada bildirirəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04.06.2020-ci il tarixli, 1052 saylı fərmanının icrasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq, 10 000 000 (on milyon) azn məbləğində kredit xətti ayrılmış və həmin kredit xətti əsasında, dövlət dəstəyi üzrə illik faiz dərəcəsi 5 (beş) faiz olmaqla, 500 000 (beş yüz min) azn kredit məbləği təyinatı üzrə istifadə üçün bizə verilmişdir.Bütün yuxarıda qeydolunan xüsusatların olmasına baxmayaraq, hazırda biz ölkə rəhbərinin sahibkarlara yaratdığı şəraitdən istifadə edə bilmir və dövlət dəstəyi ilə bizə ayrılmış pulu təyinatı üzrə istifadə edə bilmirik.

Belə ki, hazırda Azərbaycan Respublikası NMR FHN-nin Dövlət tikintidə təhlükəsizliyə nəzarət idarəsinin rəisi Vüqar Kazımov tərəfindən ölkə rəhbərinin bir sahibkar kimi yaratdığı şəraitə və dövlət dəstəyi ilə bizə ayrılmış pulun təyinatı üzrə istifadəsinə maneçilik yaradılır. Çünki, onlar ölkə Prezidenti cənab İlham Əliyevin yerdə səlahiyyətli nümayəndəsi olan Culfa rayonu İcra Hakimiyyəti başçısını, onun imzasını və möhürünü tanımır və ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsinin olmaması ilə bağlı imperativ normanın tələblərini kobud şəkildə pozaraq, 15.08.2022-ci il tarixli, 63 saylı və 01.02.2023-cü il tarixli, 22 saylı sərəncamların qəbul olunduqları tarixdən xeyli vaxt keçdikdən sonra 05.10.2023-cü il tarixli, 22 saylı və 23 saylı qərarları ilə – qanunu vəziyyətimizi ağırlaşdıran arxa tarixə tətbiq etməklə tikintiyə məhdudiyyət yaradırlar.

Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası NMR FHN-nin Dövlət tikintidə təhlükəsizliyə nəzarət idarəsinin rəisi Vüqar Kazımov imzaladığı qərarların təsviri hissəsində ilk olaraq, layihənin qanunsuz olduğunu göstərsə də, sonradan həmin layihəyə istinad etmiş və tikintinin layihə üzrə aparılmadığını qeyd etmişdir. Bununla da, öz-özünü təkzib edən əsaslarla yazılan qərarların nə qədər ziddiyyətli və nə qədər qərəzli olduğu bir daha öz təsdiqini tapır.Bundan başqa bildirirəm ki, yuxarıda qeyd etdiyimiz məsələlrlə bağlı Culfa rayon prokurorluğu da, ədalətsiz mövqey nümayiş etdirir və tərəfimizdən həyata keçirilən – tikinti, abadlıq və quruculuq işlərinin qarşısının alınması ilə bağlı bizə maneələr yaradır.Odur ki, Azərbaycan Respublikası NMR FHN-nin Dövlət tikintidə təhlükəsizliyə nəzarət idarəsinin və Culfa rayon prokurorluğu tərəfindən bizə yaradılmış məhdudiyyətlərin aradan qaldırılması məqsədilə təcili tədbirlərin görülməsi xahiş olunur!”

Azinforum.az

Şərhlər

XƏBƏR LENTİ