SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?!

Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?!

Tarix:

11-10-2023, 20:44

/ 201 dəfə oxundu.
Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - BU NƏDİ BELƏ?!

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29, 35 A ünvanında yaşayan Əkbərov Zaur Məqsud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yaşadığı binanın komendatına 800 manat vermədiyi üçün evinə buraxılmır:

"Mən, Əkbərov Zaur Məqsud oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 2006-cı ilin mart ayının 17-də aldığım yeni tikilmiş binanın 1-ci blok, 8-ci mərtəbəsində, mənə məxsus olan evimə buraxılmıram. Səbəb də odur ki, mən o binanı alanda binanın lahiyəsində 2 lift görülsə də, piyadalar üçün lifti quraşdırmışdılar, amma yük üçün lift yox idi. Binanın hal-hazırda komendantı olan Qocayev Ayxan yük liftinin quraşdırıb və hər sakindən 800 man pul tələb edir. Pulu ödəməyən piyadaları da həmin liftdən istifadə etməyə qoymur.

Mən öz evimə gedə bilmirəm. Hər ay “komendant pulun”u ödəyirəm, buna baxmayaraq Ayxanın tələb etdiyi 800 manatı ödəməmişəm deyə başıma bu oyun açılır. Bu komendant özbaşınalıq edir, lazımi yerlər görsün və tədbir görsünlər".

Məsələ ilə bağlı binanın komendantı Ayxan Qocayevlə də əlaqə saxladıq. O bildirdi ki, binanı ilk tikən şəxs dələduzluq maddəsi ilə tutulub, sonradan vəfat edib: “İkinci bir şəxs gəldi, o da eyni qayda ilə binanı yarımcıq qoyub, dələduzluq maddəsi ilə tutuldu, bir müddət sonra isə vəfat etdi. Mən özüm də həmin binanın sakiniyəm. Bina sahibsiz qaldı. Binanın damı, lifti, işığı, qazı, suyu yox idi. Fövqalədə Hallar Nazirliyinə borcu 16 min manatdan artıq idi.

Həmin vaxt binada 10-15 ailə yaşayırdı. Bina 2016-cı ildə satılmışdı, o vaxtlar hər kvadrat metri 200 manat olub. Sonradan aydın oldu ki, bir mənzili 5 nəfərə satıblar. Nəticədə, bina məhkəməlik oldu. İşin bu qədər çətinliyini görüb, bina sakinləri olaraq ağsaqqallar, sözü keçənlər yığılıb özümüz üçün şərait yaratmağı qərara aldıq. Əvvəlcə 1 lift aldıq, bir müddət sonra digərini. Daah sonra binanın qazını, suyunu, işığını çəkdirməklə, səhmana salmağa başladıq. Hər dəfə də iclasda iştirak etməyənlərə zəng vurur, yaxud da xəbərdarlıq edirdik ki, pul yığılır, qatılsınlar.

Zaur Əkbərovun anası Zəhra xanım iclasda olub, amma heç vaxt pul verməyiblər. İndi də sakinlər onların kirayəçilərinə liftdən istifadə etməyə icazə vermir, onlar da havayıdan istifadə etmək istəyirlər. Binada bir çox işlər təmənnasız edilib. Burda mənlik heç nə yoxdur. Pul verənlərə səbəb bina tam səliqəyə salınıb. Pul verməyənlər də kiminsə haqqına girmək istəyirlər. Şəxs, sahibkar getsin sakinlərlə problemini həll etsin, pul verən sakinlər pul verməyənlərə liftin açarının verilməsini istəmirlər.

Zaur Əkbərov istəyir ki, bir qəpik vermədən onun kirayəçiləri və özü liftdən istifadə etsin.

O ki qaldı 800 manata, liftin qiyməti ilə maraqlansaz, hər şey sizə aydın olar. Pulu verən şəxslərin heç birinin şikayəti yoxdur. Çünki öz rahatlıqları üçün bu işi görüblər.

2019-cu ilin fevral ayında cənab Prezident yarımcıq binaların itismara qəbul olunması ilə bağlı qərar qəbul etdi. Fərmandan sonra binada bir çox işlər görülüb. Zaur Əkbərovun səsləndirdiyi fikirlər əsassızdır, buyursun kim istəyir yoxlanış keçirib hər şeyi aydınlaşdıra bilərlər”.

Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR...
Xətaidə vətəndaşın BAŞINA OYUN AÇIRLAR...

Şərhlər

XƏBƏR LENTİ