SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azəriqaz” rəhbəri haqda Prezidentə şikayət – ŞİRKƏT DAXİLİNDƏ AZTV-yə BAXMAQ QADAĞAN EDİLİB?

“Azəriqaz” rəhbəri haqda Prezidentə şikayət – ŞİRKƏT DAXİLİNDƏ AZTV-yə BAXMAQ QADAĞAN EDİLİB?

Tarix:

11-10-2023, 15:01

/ 278 dəfə oxundu.
“Azəriqaz” rəhbəri haqda Prezidentə şikayət – ŞİRKƏT DAXİLİNDƏ AZTV-yə BAXMAQ QADAĞAN EDİLİB?

“Azəriqaz” İstehsalat Birliyinin (İB ) əməkdaşı Nağı Allahverdi Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

“Azəriqaz” İstehsalat Birliyinə təyin etdiyiniz Baş direktor Əliyev Ruslan həzrətləri Bakı Regional Qaz İstismar Departamentinə (BRQİD) Aşurov Azər adlı bir şəxsi rəis müavini vəzifəsinə gətirib. Həmən Aşurov vaxtilə Neft Daşlarında çalışanda yaşlı xanım işçilərə cinsi təcavüz etdiyinə görə, onu “Qaz İxrac”a, ordan da Ruslanın əmr və xeyir duası ilə BRQİD-ə rəis müavini gətiriblər.

Həmin igid də gələn kimi, Qaz Paylama Məntəqələrinə gedib və ordan işçilərin xidməti otağından televizorların yığılmasına qərar verib. Ruslan buna deməyib ki, ay Aşurov, işçilər televizorda dövlət kanalı olan AZ TV kanalı vasitəsi ilə ölkəmizin inkişaf və tərəqqidən xəbədarlığını, möhtərəm Prezidentin çıxışlarını dinləyirlər. Bunun qarşısını almaq nə deməkdir?

Bu əmələ görə cavabdeh olan şəxslər çinayət məsuliyyətinə cəlb olunmalıdır. Təcili ictimai-siyasi proseslərin bu qədər qaynar keçən bir vaxtında strateji obyektdə, mədənlərin içində izolə edilmiş işçiləri AZ TV-siz qoymaq nə deməkdir ?

Cənab Prezident!

Mən Suraxanı Texniki İstismar Xidmətinin (TİX ) Suraxanı Qaz Paylama Məntəqəsində ( QPM ) çalışıb, istilik sisteminin olmamasından əziyyət cəkib, xəstəlik tapmışam.

Əliyev Ruslan və Aşurov Azər işçiləri AZ TV-dən məhrum edib, onlara Prezidentin çıxışlarını dinləmək qadağasını qoymaqdansa, oranın istilik sistemini düzəltdirib, digər operatorların xəstəliyə tutulmasının qarşısını ala bilərlər. Televizoru yığmaqdansa dövlət hesabına oranı soyuducu və kondisionerlə təmin etsinlər. Operatorlar üçün internet çəkdirib onları telefonla təmin etsin, özündən sonra iz qoysun. Yoxsa AZTV-ni izləmək kimi qadağa qoymaq olmaz. Və yaxud da nə etmək istədiyini açıq desin.

Sizdən xahiş edirəm, yaxın vaxtlarda bu insan barəsində tədbir görülsün”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ