'Oba' marketin ƏDV hoqqabazlığı... - BU NƏDİ BELƏ?
"Şikayətim "OBA Market"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Anar Kərimli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra qeyd edir: "Zəhmət olmasa, nağdsız ödənişlərlə bağlı problemli məsələnizi birdəfəlik həll edin. Artıq neçənci dəfədir ki, sizin kassalarda kartla (nağdsız) ödəniş edən zaman, alış-veriş qəbzində ödənişin nağd üsulla edildiyini görürəm. Ödəniş kartla, nağdsız edilməsinə baxmayaraq, qəbzdə ödəniş nağd üsulla edilib əks olunur. Belə halda mən kartla daha niyə ödəniş edirəm, pulu kartdan çıxarıb elə nağd ödəyərəm də. (bu təkcə mənim başıma gələndir, gör gün ərzində nə qədər insanın başı aldadılır). Çünki bu yalnız "Oba" marketlərdə mövcud problemdir ki, kartı post terminala yaxınlaşdıranda kartla ödəniş edildiyi təsdiq olunmur, gərək satıcı özü kompüterdə F9 düyməsini sıxaraq, nağdsız ödənişi təsdiqləsin.
"Oba" marketlərdə hər gün satıcı dəyişikliyi olduğu üçün əksər naşı satıcılar ya bu məsələdən xəbərsizdir, ya da ki, bu "Oba" marketin cibinə nəsə xidmət edir. "Oba" market hansı əsrdə qalıb bilmirəm, amma mən hələ başqa market tanımıram ki, orda kartı post terminala yaxınlaşdırasan, ödənişin avtomatik nağdsız həyata keçirildiyi qeyd olunmasın".
Qeyd: Bildirək ki, nağd və kartla ödəniş arasındakı ƏDV fərqi 10-17 faiz nisbətindədir. Yəni marketin nə qazandığını şikayətçi bilməsə də, biz bilirik.
Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb