SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cənubi Qafqazda yeni dönəm başlayır

Cənubi Qafqazda yeni dönəm başlayır

Tarix:

9-10-2023, 14:59

/ 497 dəfə oxundu.
Cənubi Qafqazda yeni dönəm başlayır

 
Artıq Cənubi Qafqazda yeni dönəm başlayır. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili  arasında keçirilən görüşdə dünyaya yeni mesaj verildi. Bu görüşdə Cənubi Qafqazın yeni yola qədəm qoyması haqqında verilən vədlər bir çox mühüm məqamlardan xəbər verir. Aydındır ki, Gürcüstanın  vasitəçiliyinə Azərbaycan prezidenti İlham Əliyev müsbət yanaşır və bu haqda fikirlərini bir neçə dəfə bildirib. Elə rəsmi İrəvan da Gürcüstanda görüşməyə və müzakirələr aparmağa müsbət yanışır. Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan dövlət başçısı kimi tez-tez Gürcüstana səfər edir və qonşu dövlətlə strateji tərəfdaşlıqdan danışır. Halbuki, hardan baxsaq Gürcüstanın vasitəçiliyi həm Azərbaycana, həm də Ermənistana faydalıdır. Gələcək sülh sazişinin imzalanması üçün də Tiflis ən münasib məkandır.
Məhz bu görüşün Tiflisdə keçirilməsi Cənubi Qafqaza nə verə bilər?
1. Cənubi Qafqazda sabitliyin, sülhün təməli qoyula bilər.
2. Cənubi Qafqaz ölkələri yeni iqtisadi lahiyələrin icrasına birlikdə davam edə bilərlər.
3. Uzun illərdir mühüm lahiyələrdən kənar qalan Ermənistan iqtisadi cəhətdən böyük resurslar əldə edə bilər.
4. Əsas məsələ isə Ermənistan və Azərbaycan arasında bağlanan sülh müqaviləsi ümümilikdə Cənubi Qafqaz regionun iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Uzun illərdirdir müzakirəsi gedən “Qafqaz Evi”i reallığa çevrilə bilər. Bir sözlə Cənubi Qafqaz ölkələrinin iqtisadi, siyasi birliyi regionu daha da gücləndirə və iqtisadi rifahını artıra bilər. Bundan əlavə Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələrə “Qafqaz Evi” bir mesaj ola bilər.
Hər halda indiki halda Tiflisdə görüşün keçiriləcəyi daha real görsənir. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz. Görünən isə odur ki, yaxın zamanda bu vasitəçilik baş tutacaq və Nikol Paşinyan və İlham Əliyev Tiflisdə görüşəcək. Bu görüş ümümulikdə Cənubi Qafqazda sülh, əmin-amanlıq görüşü ola bilər.
 
Qoşqar Salmanlı – araşdırmaçı jurnalist
 

Şərhlər

XƏBƏR LENTİ