Azərbaycanda iş adamı bu İcra Hakimiyyətini məhkəməyə verdi - TƏFƏRRÜAT
Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) məhkəməyə verilib.
Xalqxeber.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, iş adamı Ağayev Ağa Xəqani oğlu tərəfindən yerli icra hakimimiyyəti orqanı barəsində Şəki Kommersiya Məhkəməsinə müraciət olunub.
RİH-in barəsində məhkəməyə müraciət edilməsi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (alqı-satqı müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır.
Məhkəmə işinə hakim Mübariz Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, A.Ağayev tikinti şirkəti olan “Simmetriya” MMC-nin qanuni təmsilçisidir. Şirkət 2002-ci ildə 6 manat nizamnamə kapitalı ilə yaradılıb.Şirkət indiyə qədər Ağdaş RİH-in elan etdiyi milyonluq tenderlərin dəfələrlə qalibi olub. Amma sonradan rayon rəhbərliyi ilə aralarında mübahisələr yaranıb.
Xatırladaq ki, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovdur. O, 11 ildən çoxdur ki, bu rayonun başçısı vəzifəsində çalışır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...