SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Rzayev Hakimlər İttifaqına sədr seçildi

Ramiz Rzayev Hakimlər İttifaqına sədr seçildi

Tarix:

7-10-2023, 17:00

/ 287 dəfə oxundu.
Ramiz Rzayev Hakimlər İttifaqına sədr seçildi

 
Azərbaycan Respublikasının Hakimlər İttifaqı təsis edilib.

Bu gün respublikada fəaliyyət göstərən hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ümumi Məhkəmə Hakimləri və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliklərinin Ümumi yığıncaqları keçirilib.

Azərbaycan Respublikasının Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları formalaşdırılıb.

Nizamnamə ilə nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə keçirilmiş seçkilər əsasında Ramiz Rzayev sədr, Sənan Hacıyev və Ələddin Cəfərov sədr müavinləri, Tahir Kazımov, Abiddin Hüseynov, Səadət Bektaşi, Vəli Abdullayev, Nuru Quliyev, Hökümə Babayeva, Ramin Qaraqurbanlı və Əsəd Mirzəliyev İdarə heyətinin, Günay Axundova, Fərid İsmayılzadə və Səlim Allahverdiyev Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

Eyni zamanda, İttifaqın tərkibində daimi əsaslarla fəaliyyət göstərəcək Beynəlxalq əlaqələr, Məhkəmə-hüquq islahatları, Tədris və etika məsələləri, Hakimlərin hüquq və qanuni maraqlarının müdafiəsi və Kommunikasiya məsələləri komissiyaları təsis edilib.

Şərhlər

XƏBƏR LENTİ