Ermənilərin Qarabağdan çıxardığı sərvət oğurlandı
Qarabağın işğalı dövründə burada fəaliyyət göstərən və artıq məhv olmuş “artsaxbank”ın Xocavənd filialındakı pullar və zinət əşyaları oğurlanıb.
Xalqxeber.az Globalinfo.az-a istinadən xəbər verir ki, İrəvan sakini olan bank rəhbəri Aram bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyinə şikayət edib.
Aram bildirib ki, bu barədə Xocavənd filialının müdiri ona məlumat verib. Belə ki, filial müdiri sentyabrın 22-dən etibarən ermənilərin Qarabağı tərk etməyə başlayacağını öyrənib və buna görə bankdakı qızılları, digər zinət əşyalarını, pulları götürərək öz maşınına qoyub.
O, səhər Ermənistana yola düşməyi planlaşdırıb, lakin naməlum şəxslər gecə vaxtı maşının şüşələrini sındıraraq 60 milyon dram və 100 kisə qızıl-zinət əşyasını oğurlayıblar.
Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi idarəsi sənədlər hazırlayıb və İstintaq Komitəsinə təhvil verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək