SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Göyçay şəhərində "Qarabağ qazisi" adı altında avtoxuliqanlıq edən şəxslər var - NARAZILIQ VAR...

Göyçay şəhərində "Qarabağ qazisi" adı altında avtoxuliqanlıq edən şəxslər var - NARAZILIQ VAR...

Tarix:

4-10-2023, 14:34

/ 538 dəfə oxundu.
Göyçay şəhərində "Qarabağ qazisi" adı altında avtoxuliqanlıq edən şəxslər var - NARAZILIQ VAR...

Bir neçə dəfədir ki, Göyçay Rayon Yol Polis Şöbəsinin iş fəaliyyətindən sosial şəbəkələrdə yazı dərc olunub. Təəssüflər olsun ki, hələ də problemlər öz aktuallığını saxlayır.

Ölkə ərazisində yol nəqliyyat hadisələrinin heç də hamısının səbəbi yüksək sürət deyil. Bu hadisələrin çoxsaylı olmasında yol polisinin üzərinə böyük məsuliyyət düşür. Sürücülərin yol hərəkət nişanlarının tələblərin bilməməsi və sürücülük vəsiqəsi almaq üçün imtahan verib nəticələri məqbul olmayan, sürücülük vəsiqəsi sahibləridir ki, bu gün çoxsaylı qəzalar törədirlər. Sürücülərin yol nişanını, yol hərəkət qaydalarını kobud şəkildə pozması, qəza törətməsini sübut kimi götürmək olar.

Son illərin statistikasına baxsaq, yol qəzalarında həlak olanların böyük hissəsi gənclər olub. Bu da çox acınacaqlıdır. Bununla bağlı çoxsaylı yazılarımız dərc olunub. Amma nəticə get-gedə daha da pisləşir. Göyçay rayonun küçələrinin hər addımında nəinki yol kənarları boyunca düzülən, həmçinin bununla kifayətlənməyib səkilərə dırmaşan avtomobilləri görmək mümkündür. Bu da Göyçay rayon sakinlərinin arasında ciddi narazılığına gətirib çıxarır.

Yol nişanlarının pozulması, piyada keçid zolaqlarında maşınların dayanmadan hərəkəti piyadaların hərəkətini çətinləşdirir. Yol vərəqəsi olmayan, sürücülük vəsiqəsi uyğun olmayan, sərnişin daşıyan avtomobillərin texniki baxışdan keçməməsi, avtomobillərin salonlarının natəmiz olması, gigiyena baxımından yanaşsaq müxtəlif xəstəliklərin yaranmasına səbəb olar. Göyçay rayon ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi kobud şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücülər də az deyil.

Qeyd edim ki, Göyçay şəhərində "Qarabağ qazisi" adı altında avtoxuliqanlıq edən bir neçə şəxslər var. Sözügedən avtoxuliqanların bir çoxu “sovet maşınları”nın qabağını qaldıraraq, arxa hissələrinin "purjun”larını kəsdirərək, səsgücləndirici siqinallardan istifadə edərək, şəhər əhalisinin ictimai-asayişini pozurlar.


Mövzuya qayıdacayıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
//hurriyyet.az//

Şərhlər

XƏBƏR LENTİ