“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) H.Aslanov stansiyasının dalan yollarında korroziyaya uğramış yük daşıyıcı konstruksiyaların bərpası işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Xalqxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 31 677 740,95 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfədniyeviçdir.
"Evrascon” MMC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Abid Şərifov isə bu barədə mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib.
Qeyd edək ki, Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək