SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azad olunmuş ərazilərə köç Azərbaycanın nəyə qadir olduğunu göstərdi

Azad olunmuş ərazilərə köç Azərbaycanın nəyə qadir olduğunu göstərdi

Tarix:

3-10-2023, 10:28

/ 273 dəfə oxundu.
Azad olunmuş ərazilərə köç Azərbaycanın nəyə qadir olduğunu göstərdi

 
Azərbaycan yenə də böyük bir tədbirə - Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi etdi. 2023-cü il sentyabrın 29-də Zəngilanda BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyevin forumda iştirakı, burada genişməzmunlu çıxışı tədbirin hansı səviyyədə əhəmiyyətli olduğunun göstəricisidir. Bu forumda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı da onun gərək­liyinin təsdiqidir.
Ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin başında tamamilə Azərbaycanın milli maraqlarının təmin edilməsi, işğal altında olan torpaqlarımızın geri qaytarılması, son dövrdə isə həmin torpaqların bərpası məsələləri durur. Azərbaycan Prezidenti bu məsələlər barəsində həm beynəlxalq, həm də öz təcrübəmizdən irəli gələn yeniliklərin daim cəmiyyətdə tətbiqinə çalışır. Cənab Prezidentin sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında ərazi bütövlüyümüz, Azərbaycanın milli maraqlarının qorunması, dövlətimizin qarşısında yeni perspektivlərin açılması və s. kimi bir çox mühüm məsələlər eyni vaxtda səsləndirildi.
Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizin qarşısında  çox böyük məsələlər dayanıb. Onlardan biri insanların azad edilən torpaqlara geri qayıdışı üçün normal şəraitin yaradılması, təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyümüzə ziyan vuracaq hər hansı bir problemin birmənalı şəkildə aradan qaldırılmasıdır. Şəhərlər və kəndlər ən müasir şəhərsalma prinsipləri əsasında bərpa edilir, "ağıllı kənd" konsepsiyası irəli sürülür, insanların rahatlığı təmin edilir, onların iş yerləri ilə təmini məsələsi daim gündəmdə saxlanılır.
Azərbaycan Prezidenti İlham Əliyev Forumunun açılış mərasimində çıxışında deyib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Dövlətimizin başçısı Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını qeyd edib. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb.
İşğaldan azad olunmuş ərazilərdə yeni tikilən məktəblər, sosial obyektlər, klinikalar ən müasir tələblərə cavab verir. Görünən odur ki, ölkə başçısının bu siyasəti insanlarımız tərəfindən dəstəklənir. Bu gün geri qayıtmaq istəyən keçmiş məcburi köçkünlər böyük səbirsizliklə öz şəhər və kəndlərinin bərpa edilməsini gözləyirlər. Artıq yaşayış olan Füzuli, Laçın şəhərləri, Ağalı, Zabux kəndləri göstərdi ki, Azərbaycan nələri etməyə qadirdir. Dövlət başçısı İlham Əliyev bu gün və sabahın inkişaf məsələlərini daim diqqətdə saxlayır. Hər bir azərbaycanlı bu böyük inkişaf prosesinin fəal iştirakçısıdır.
Bildirilib ki, indiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.
 Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaqğını deyən dövlət başçımız vurğulayıb ki, bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir: "Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq: "Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq".
Prezident İlham Əliyev Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib ki, biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik: "Dini, təhsil, mədəni, bələdiyyə hüquqları - bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək".
 
 
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 

Şərhlər

XƏBƏR LENTİ