SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Sizin xalı” şirkətinin yuduğu xalçalar düzgün qurudulmur və kif qoxusu gəlir...

“Sizin xalı” şirkətinin yuduğu xalçalar düzgün qurudulmur və kif qoxusu gəlir...

Tarix:

30-09-2023, 18:00

/ 322 dəfə oxundu.
“Sizin xalı” şirkətinin yuduğu xalçalar düzgün qurudulmur və kif qoxusu gəlir...

“Sizin xalı” şirkətinin yuduğu xalçalar düzgün qurudulmur və kif qoxusu gəlir...


Xidmətindən istifadə etdiyimiz və çox narazı qaldığımız “Sizin Xalı” şirkətinin fəaliyyəti ilə bağlı araşdırma aparmaq qərarına gəldik. Bunun üçün ilk öncə şirkətin https://www.sizinxali.az/ saytına daxil olduq.
18 illik təcrübəyə malik olduqlarını dönə-dönə vurğulayan, xalça yuma prosesində müasir avadanlıqlardan və keyfiyyətli yuyucu vasitələrindən istifadə etdiklərini qeyd edən bu şirkət əslində işini çox yarıtmaz həyata keçirir.
Saytın yazdığına görə, ilk növbədə xalçalar toz-torpaqdan təmizlənir, təmizlənmiş xalçalar xüsusi yuyucu vasitələri ilə aparatda yuyulur və bol su ilə durulanır. Xüsusi sıxma maşını vasitəsilə xalçalar qurutma otaqlarında tamamilə quruyana kimi havalandırılır. Tam olaraq qurudulmuş xalçalar paketlənərək servisə hazırlanır. Amma müştərilərin dediyinə görə, şirkətin yuduğu xalçalardan uzun müddət KİF iyi gəlir. Şirkətin saytında yazılanlara görə, ünvandan götürülmə və ünvana çatdırılma üçün heç bir əlavə ödəniş tələb olunmur. Şirkətin saytında müşahidə etdiyimiz bir məsələ də vacibdir.
Deməli, müştərilərin mənfi rəyləri ya silinir, ya da gizlədilir. Ki, başqaları oxuya bilməsin. Bu müştəriyə qarşı hörmətsizlikdir. Şirkətin saytında müxtəlif xidmət növləri və qiymətləri qeyd olunur, hətta müştəriyə minnət qoyulur ki, bizi seçin, çünki qiymətlər ucuzdur. Xidmət növləri: Xalçaların yuyulması – 1 metr kvadrat = 2 manat, Yumşaq mebellərin təmizlənməsi- divan dəsti 60 manat, Kovrolitlərin yuyulması, Xalçaların yerində yuyulması, Sintifon yorğan və döşəklərin yuyulması, Overlok xidmətləri, Pərdə və tülün yuyulması, Ədyal və balışların yuyulması, Evlərin və ofislərin təmizlənməsi və s. Saytın yazdığına görə, xalçalar təbii tərkibli maddələrlə təmizlənir. Amma müştərilər yazır ki, kimyəvi maddələrdən çox istifadə edildiyi üçün xalçaların rəngləri qarışır. Şirkət öz reklamında peşəkarlıqdan-zaddan bəhs edir.
Bəli, müştərilər yazır ki, xalçalar tam qurudulmur və nəm halda ünvanlara çatdırılır, bu zaman pis qoxu hiss edilir. Bəzi müştərilər isə qeyd edir ki, ofis xalçası ilə ev-mənzil xalçasını bir avadanlıqda yumaq doğru deyil. Fərqli müştərilərə aid xalçalar eyni anda və eyni yerdə yuyulmamalı, birinə aid xalıdakı çirk və mikroblar digərinin xalçasına bulaşmamalıdır. Bu vəziyyət xoş olmamaqla yanaşı sağlamlıq və gigiyena baxımından qəbul edilmir.
Yeri gəlmişkən, araşdırma zamanı belə bir vacib fikirə də rast gəldik. Deməli evində körpə uşağı olan ailələr belə şirkətlərə etibar etməməlidir. Çünki uşaqların daha çox oynadığı yerlərdən biri də xalçaların üstüdür. Bu xalçalar başqa xalçalarla birlikdə yuyulanda gigiyenik qaydalar pozulur, bu isə körpə uşaqların sağlamlığında ciddi problemlər yarada bilər. Amma “Sizin xalı” şirkəti buna əməl etmir. Başqa müştərilər yazır ki, xalça təmizliyində mütləq tərkibində kimyəvi maddələr olmayan bitki mənşəli köklü xalça şampunları istifadə edilməli, xlor və yuyucu kimi aktiv maddələr istifadə edilməməlidir. Professional təmizlənən xalçalar mütləq dezinfeksiya edilməlidir. Yuyulan xalçalar ancaq azı 1 saat günəş işığında tutulmalı və qurudulmalıdır. Çox təəssüf ki, “Sizin xalı” şirkəti bu qaydaların heç birinə riayət eləmir. Xidmətin haqqı çox yüksək, xidmətin səviyyəsi isə çox aşağıdır.
gundelik baki.com

Şərhlər

XƏBƏR LENTİ