SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...

Tarix:

29-09-2023, 09:03

/ 242 dəfə oxundu.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...

"Taun vaxtı qonaqlıq" məşhur ifadədir. Taun xəstəliyi yayılmış şəhərdə zadəganlar öz kef məclislərini təşkil edirlər. Halbuki şəhər camaatı ölümlə mübarizədə idi. Bunu niyə xatırladıq? Çünki Azərbaycan Ordusunun 19 sentyabrda keçirdiyi antiterror tədbiri zamanı şəhidlərimiz olub, millətin bir gözü separatçıların məhv edilməsinə görə gülürsə, bir gözü də qəhrəman şəhidlərimiz üçün ağlayır və belə vaxtda Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktor Gülnaz Dadaşova bu vəzifəyə təyin olunmasının 5 illiyini şadyanalıqla qeyd edib. Buna cəmiyyət, şəhid ailələri nə ad verər bilmirik, amma biz buna arsızlıq deyə bilərik. 19 sentyabrda 23 saat içində vətən üçün şəhidlər verir, cəmi iki gün sonra yoldaş Dadaşova özü üçün bayram keçirir.

Məşhur "Qatarda" teletamaşasındakı "Axı sən kimsən, yoldaş Dadaşov?" sözü bu yerdə yada düşür. Doğurdan da, xanım Dadaşova kimdir və ya kimdən özünü üstün bilir ki, şəhid anaları, şəhid xanımları, şəhid övladları göz yaşında boğulanda direktor olmasının 5 illik yubileyini keçirir? Amma demə, belə insanlar da var imiş: şəhid məzarlarına çələnglər düzüləndə, o da gül çələnglərini kabinetində qəbul edirmiş... Tragikomik hal ondan ibarətdir ki, G.Dadaşova elə bir yüksək vəzifəyə təyin olunmayıb axı, hələ bir bunun 5 illik ildönümünü də qeyd edir?!

Olsa-olsa Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktordur. Di gəl ki yayılan kadrlara baxanda özünü necə xoşbəxt hiss etdiyi görünür. Sanki bu ölkədə yaşamır. Sanki xalqın hazırkı əhval-ruhiyyəsindən bixəbərdir. Maraqlıdır, G.Dadaşova daha böyük vəzifə sahibi olsaydı, görəsən rəhbər təyin olunması tarixini necə keçirərdi? Kim bilir, bəlkə də yolları bağladar, telekanallarda özünü təriflədər, imkanı olsa Bakının tən ortasında heykəlini qoydurardı. Allah bu millətin üzünə baxıb...

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...

Ancaq onun bu davranışı sosial şəbəkələrdə böyük ictimai qınağa səbəb oldu. Əksəriyyət Dadaşovanın 5 illiyi şəhidlərin yeddisi çıxmamış qeyd etməsini pislədilər, utancverici hal saydılar. Hətta ölkə rəhbərliyinə müraciət və çağırışlar edildi ki, sözügedən tibb ocağının həm fəaliyyəti araşdırılsın, həm direktorun əməlləri yoxlanılsın. Dövlət rəhbərliyi məcburi köçkünlərlə doğum günü keçirdiyi halda, şəhid ailələrinə qayğı göstərdiyi halda Dadaşova qanı qurumamış şəhidlərimizin ruhuna hörmətsizlik edərək gül çələngləri qəbul edir, şəkil çəkdirir, sevincək olur.

Belə iddialar da var ki, onun bu cür müştəbehliyinin səbəbi yüksək vəzifəli məmura arxayın olmasıdır. G.Dadaşovanın Prezident Administrasiyasında şöbə müdiri olan məmur tərəfindən himayə edildiyi haqda məlumatlar dolaşır. Yəni məlumatda bildirilir ki Administirasiyanın şöbə müdri şəxsən özü xəbər portallarına zəng edərək tənqidi xəbərləri silinməyini tələb edir. Daha biz nə deyək Vallah ..

Elə ona güvənməsi səbəbindən istədiyi formada addımlar ata bilir. Nə demək olar, dövlət baba da görür, Allah baba da...
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Ardı var.

GundemXeber.Az

VİDEO BURADA: https://www.youtube.com/shorts/X-4e81X88BA

Şərhlər

XƏBƏR LENTİ