Qarabağ Qazisi 'Azəriqaz'ın əlində qalıb - "Milləti niyə yükləyirsiz?.."
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Müharibə veteranı Qurbanov İlqar Mikayıl oğluna məxsus yaşayış olmayan evin qaz sayğacı 1 il əvvəl naməlum şəxslər tərəfindən ekranı sındırılmışdı. DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş "Şikayətim VAR" sosial qrupundakı paylaşımında giley edir.
Narazı qalan vətəndaş daha sonra yazır: "Aidiyyatı şəxslərə məlumat verildi. Həmin ərazinin nümayəndələri sayğacı yenisi ilə əvəz etdilər. Amma heç bir cəriməsi yoxdur deyib dəyişdilər.
İndi bugun ərazinin nəzarətçisi deyir ki, 1600 AZN məbləğində cərimə yazılıb sizə. Ödəniş edin. Bu hansı qanuna uyğundur? Özbaşınalıqdır? Milləti niyə yükləyirsiz?
1 ildən çox müddətdə dəyişilmiş sayğacın Laboratoriya rəyi indi niyə gəlir?
Onu da qeyd edim ki həmin evdə 2018-ci ildən yaşayış yoxdur. Dövriyyədə sərfiyyat yoxdur".
Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb