SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bərdə sakini kimlərdən narazılıq edir... - MÜRACİƏT

Bərdə sakini kimlərdən narazılıq edir... - MÜRACİƏT

Tarix:

22-09-2023, 08:59

/ 333 dəfə oxundu.
Bərdə sakini kimlərdən narazılıq edir... - MÜRACİƏT

Bərdə rayonu, Lənbəran kənd sakini Həsənov İkram Şəfa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona əlillik dərəcəsi düşsə də, qərəzli şəkildə verilmir:

"Mən, Həsənov İkram Şəfa oğlu, 1992-ci ildə N saylı hərbi hissəyə çağırılmışam. 1993-cü ildə döş qəfəsindən və beyin nahiyyəsindən ağır yaralanmışam. Müxtəlif sayda bədənimdə “askol” mövcuddur.

16.08.21-ci ildə Əlillərin Bərpa Mərkəzinə hərbi komissiyaya çağırılmışam, əlilliyim hərbi komissiya tərəfindən qiymətləndirildi. Mərkəzin sədri Anar Bayramov bildirdi ki, qiymətləndirmədən sonra axrıncı müalicə kağızı sistemə vurulsun və bura gəlmədən əlilliyini ala biləcəksən.

Çox təəssüf ki, bu günə qədər hələ də əlilliyim verilmir.

Bakı İnzibati Məhkəməsinə müraciət etdim, hakimdən hərbi komissiyanın verdiyi qərarı, yəni qiymətləndirməni gizlətdilər. 2022-cil ildə baş nazirdən xahiş elədim ki, hərbi komissiya tərəfindən qiymətləndirilən sənədim mənə verilsin. Baş nazir sağ olsun, 2022-ci ildə imzalı şəkildə göndərdi ki, qiymətləndirilən sənəd verilsin. Amma Əmək və Əhalinin Sosial Nazirliyi bugünkü günə qədər hərbi komissiyanın qərarını məndən gizlədirlər.

Hörmətli redaksiya, sizdən xahiş edirəm ki, sənədimin verilməsində mənə kömək edəsiz”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağını bildirdilər.

Şərhlər

XƏBƏR LENTİ