Nazir müavininin oğlunun şirkəti 1 milyon qazandı - TƏFƏRRÜAT
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun şirkəti 2023-cü ilin ilk yarısında 1,023 milyon manat qazanc əldə edib.
Xalqxeber.az-ın “Ölkə.Az”a istinadən məlumatına görə, sözügedən dövrdə “BOA Agency” ASC-nin əsas əməliyyat gəlirləri 3,3 milyon manat, sair əməliyyat gəlirləri 39,916 min manat, xərcləri isə ümumilikdə 2,319 mln manat təşkil edib.
1,023 mln manat mənfəət əldə edən şirkət 204,650 min manat vergi ödəyib və hesab dövrü üzrə xalis mənfəəti 818,601 min manat olub.
Şirkətin cəmi aktivləri 12,664 mln manat, cəmi öhdəlikləri 10.ş671 mln manat, cəmi kapitalı isə 1,993 mln manat təşkil edib.
Qeyd edək ki, bütün növ aktivlər, passivlər və eləcə də, kredit borcların qaytarılması üzrə tam xidmət göstərən “BOA Agency” ASC-nin səhmdarları Yusifov Yadulla Vaqif oğlu (50%) və Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir (50%).

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb