XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO

Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO

Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO
15-09-2023, 19:16

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Xalqxeber.az-ın manset.az-a istinadən məlumatına görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik-leytenant Məhəmməd Xəlilli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o daha aşağı vəzifəyə - FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə komandir müavini təyin edilib.

Qeyd edək ki, Məhəmməd Xəlilli FHN-nin tanınmış zabitlərindən biri hesab olunur. O, Türkiyədə baş vermiş meşə yanğınları zamanı xüsusi peşəkarlığı ilə fərqlənmişdi.

Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.