SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » NEFTÇALADA KƏNDLILƏRIN ÖRÜŞ, OTLAQ SAHƏLƏRI ZƏBT EDILIB - TƏFƏRRÜAT

NEFTÇALADA KƏNDLILƏRIN ÖRÜŞ, OTLAQ SAHƏLƏRI ZƏBT EDILIB - TƏFƏRRÜAT

Tarix:

14-09-2023, 15:00

/ 322 dəfə oxundu.
NEFTÇALADA KƏNDLILƏRIN ÖRÜŞ, OTLAQ SAHƏLƏRI ZƏBT EDILIB - TƏFƏRRÜAT

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsində “Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri” öz əksini tapıb:

Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.
Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

Lakin elə adamlar var ki, pullarının çoxluğundan, əlaqələrinin genişliyindən, korrupsioner məmurların tamahkarlığından istifadə edərək, əhalinin örüş, otlaq sahələrini zəbt edirlər.

Neftcala rayonunun Şirvanlı kəndinin bir qrupsakinləri tərəfindən Dəryaz qəzetinin redaksiysına verilən məlumata görə, rayonun Bankə qəsəbə sakini Həzi Ələkbərov Mirzəqurbanlı kəndi ərazisində 40 hektar bir, 50 hektar bir, Şirvanlı kəndi ərazisində 60 hektar torpağa özbaşına yiyələnib. Böyük ferması var. 1500 baş qoyun-quzusunu gətirib Şirvanlı kənd əhalisinin otlağında otartdırır. Hər dəfə gələndə özüylə çoxlu qoluzorlular dəstəsi gətirir.

Məlumatda qeyd olunur ki, bu adam hec bir torpağın vergisini vermir: “Bu torpaqları 2004-cü ildə götürüb. Mirzəqurbanlı ərazisində 40 hektar yerin 30 hektarını qeyri-qanuni damba vurub. Dəfələrlə Əmlak Komitəsinin nümayəndələri gəlib onu 1000 (bir min) manat cərimə etsələr də, bu adam nə vergi ödəmir, nə də cərimə. Nə Tataraməhlə bələdiyyəsini tanıyır, nə də Şirvanli bələdiyyəsini. Həmin torpaqlar öruş torpaqları olsa belə saksaul yulğunları biçib taxıl əkir”.

Həmçinin bildirilir ki, Həzi Ələkbərov hərbi xidmətdən də yayınıb.

Adları çəkilən kəndlərin əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Sakinlər torpaq sahələrindən əldə etdikləri gəlir vasitəsi ilə öz ailəsini dolandırır. Təkcə Tataraməhlə kəndində torpaq islahatı zamanı əhaliyə örüş sahəsi kimi 2000 hektar torpaq sahəsinin verilməsi üçün protokol tərtib olunubmuş. Qalan torpaqlar da bələdiyyənin idi. Əhaliyə verilən 1 600 hektar torpaqdan başqa, qalan 400 hektar torpağın hamısı sakinlərin tanımadığı şəxslərə satılıb. İndi də mal-qaranı otarmaq üçün otlaq sahələri tapa bilmirlər. Örüş sahəsinin zəbt edildiyini iddia edən sakinlər deyir ki, otlaq sahəsi olmadığından mal-qaranı tövlədə saxlamaq məcburiyyətində qalmışıq. Hətta bəzi sakinlər örüşsüzlük ucbatından iri və xırda buynuzlu heyvanlarının hamısını satmaq məcburiyyətində qalıblar.

Mövzunu davam etdirəcəyik.

Dəryaz.az


Şərhlər

XƏBƏR LENTİ