XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycanın göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycanın göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir
12-09-2023, 08:45

 
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir.

Bunu AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev bildirib.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bu artıq ayrı mövzudur. Bununla bağlı müzakirələr davam edir. Lakin deyə bilərik ki, Ağdam marşrutu açılıb”, – Mirzəyev vurğulayıb.

Mirzəyev onu da qeyd edib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən heyət Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdam-Xankəndi yolu ilə hərəkət edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.