"Bilmirəm həkimin məqsədi nədir? Nə söhbət edim mən?" - ETİRAZ
Naxçıvan şəhər sakini Hüseynov Azad Əzim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ağır epilepsiya xəstəsi olmağına baxmayaraq, Şərur Dövlət Xəstəxanasında işləyən Nüsrət həkim ona müvafiq sənəd vermir:
"Mən, Hüseynov Azad Əzim oğlu, yazaraq sizdən xahiş edirəm ki, səsimi lazımi yerlərə çatdırın.
Xəstəliyimə görə hərbi xidmətdən təxris olunmuşam. Dəfələrlə həkimlərə müraciət etsəm də, ancaq “gəlin, söhbət edək” deyirlər. Şərur Rayon Dövlət Xəstəxanasının əməkdaşı Nüsrət həkim də mənə bu sözləri deyir.
İşim yoxdur, xəstəlik heç yerdə işləməyimə imkan vermir. Bilmirəm həkimin məqsədi nədir? Nə söhbət edim mən? Xahiş edirəm, mənə köməklik göstərin”.
Məsələ ilə bağlı Şərur Rayon Dövlət Xəstəxanası ilə əlaqə saxladıq. Operator xanım qeyd etdi ki, sözügedən xəstəxanda Nüsrət adlı həkim işləmir.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...