Məşğulluq Agentliyinin verdiyi qoyunlar xəstə çıxdı - 400 manata rəsmiləşdiriblər
Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq layihəsi çərçivəsində Cəlilabadda bir qrup şəxsə 20 baş qoyun və bir törədici qoç verilib.
Xalqxeber.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, vətəndaşlar Agentlik tərəfindən onlara təqdim edilən heyvanlardan narazıdırlar. Belə ki, təqdim edilən heyvanların əksəriyyəti xəstədir.
Fermerlərdən biri iddia edir ki, ona verilən qoyunların bir ədədi üçün dövlət qiyməti olaraq 400 manata imza atdırılıb. Amma qoyunların ikisi təqdim edilən yerdə ölüb. Biri isə halsız vəziyyətdədir. Digər heyvanlar da eyni vəziyətə düşürlər.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir. Məsələdən xəbərdar olan agentlik rəhbəri nədənsə hələ də baş verən heyvan ölümləri ilə bağlı insanları günahlandırır.
VİDEO BURADA:
https://player.qaynarinfo.az?v=21293&share_user_id=

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək