Nazir Qaraşovun rəhbəri olduğu idarəni iki hissəyə böldü - Əvvəlki rəisə də vəzifə verdi
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlunun rəhbəri olduğu idarəni iki quruma ayırıb.
Xalqxeber.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik Seymur Qaraşov Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qurum iki hissəyə bölünüb və yerində Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi yaradılıb.
Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili təhlükəsizlik Baş idarəsinin rəisi təyin edilib.
Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi, polkovnik Sahib Rzayev isə Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.
Xatırladaq ki, ötən ay Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilmişdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb